Rusiyalılar övladlarına koronavirusa qarşı vaksin vurdurmaq istəmirlər

02:40 20-07-2021 451

Rusiyalı valideynlərin yarısından çoxu (69 faiz) övladını koronavirus əleyhinə vaksinasiya etdirməkdən imtina ediblər.

RBC bu barədə “SuperJob”un araşdırmasına istinadən xəbər yayıb. Respondentlərin yalnız 8 faizi uşaqlarını peyvənd etməyi planlaşdırır, 23 faizi isə qərarsızdır.

Valideynlər peyvənd haqqında məlumatın yetərsiz olduğunu əsas gətirirlər.

Tədqiqat zamanı müəyyən olunub ki, əsasən özləri peyvənd olunanlar uşaqlarına da peyvənd vurulmasına hazırdırlar.

Eyni zamanda, övladlarının vaksinsiyasına atalar analara nisbətən daha çox (36 faizə 24 faiz nisbətində) razıdırlar.