“Asiya ayısı” yol qəzasında həlak oldu

03:40 20-07-2021 777

Ağır çəkidə qarışıq döyüş növləri üzrə dünya çempionu, Özbəkistan MMA-nın vitse-prezidenti, döyüşçü Murad Xanturaev yol qəzasında həlak olub.

“Vestnik Kavkaza” xəbər verir ki, hadisə Daşkənd vilayətində istirahət zonasına gedən yolda baş verib.

“Asiya ayısı” ləqəbi ilə tanınan idmançı idarəetməni itirib, onun “BMW X5” markalı avtomobili “Lacetti” ilə toqquşub və sonra yüksək sürətlə magistral yoldan çıxıb.

İyulun 4-də 34 yaşı tamam olan çempion yerindəcə ölüb. Onun maşınında olan sərnişin xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, 2018-ci ilin sonunda Xanturaev yeddi nəfər tərəfindən döyülüb və bundan sonra peşəkar idmana qayıda bilməyib.