ABŞ Quantanamodakı 10 məhbusu digər ölkələrə təhvil verməyə hazırdır

05:00 20-07-2021 29

ABŞ hazırda ölkənin Hərbi Dəniz Qüvələrinə məxsus Kubadakı Quantanamo bazasındakı həbsxanada saxlanılan 39 məhbusdan 10-nu digər dövlətlərə təhvil verməyə hazırdır.

TASS xəbər verir ki, bunu ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib.

O, bəyan edib ki, ölkə rəhbərliyi bədnam həbsxananın bağlanması istiqamətində səy göstərir.

Qeyd edək ki, Quantanamo həbsxanası 2002-ci ildə yaradılıb. Müəssisə antiterror əməliyyatları zamanı tutulan şəxslərin saxlanılması üçün istifadə edilir.