Tovuzda toyda üç nəfərə xəsarət yetirən şəxs tutuldu

09:00 20-07-2021 321

Dünən axşam saatlarında Tovuzda keçirilən toy mərasimlərindən birində insident baş verib. 

HerGun.Az-ın məlumatına görə, hadisə zamanı 1991-ci il təvəllüdlü Kərimov Mahir, 1991-ci il təvəllüdlü Hüseynov Fuad və 1996-cı il təvəllüdlü Mehdiyev Fərid müxtəlif dərəcəli bədən xəsarəti alıblar. 

Hər üç şəxs xəstəxanaya yerləşdirilib. 

Məlumata görə, hadisəni 2001-ci təvəllüdlü İsmayılov Elgün törədib. Ona qarşı edilən zarafatı qəbul etməyən E.İsmayılov M.Kərimova və F.Hüseynova qayçı ilə, F.Mehdiyevə isə başından butulka ilə xəsarət yetirib.

E.İsmayılov polis tərəfindən saxlanılıb.

Samir İsayev