Novxanı çimərliyində 11 yaşlı oğlan boğuldu

10:00 20-07-2021 19

Fövqəladə Hallar Nazirliyinə Abşeron rayonu, Novxanı kəndində dənizdə (qeyri-çimərlik ərazidə) 2010-cu il təvəllüdlü Kərimov Səid Nail oğlunun batması barədə məlumat daxil olub.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən S.Kərimovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.