Finlandiyada koronavirusun dördüncü dalğasının başlanması elan olunub

03:00 21-07-2021 16

Finlandiyada koronavirusun dördüncü dalğası başlayıb.

Bunu ölkənin Milli Səhiyyə və Sosial İnkişaf İnstitutunun nümayəndəsi Mika Salminen MTV3 telekanalına müsahibəsi zamanı bəyan edib.

O bildirib ki, son sutka ərzində 461 yeni yoluxma faktı aşkarlanıb.

Həmçinin, Finlandiyanın səhiyyə naziri Krista Kiuru qeyd edib ki, iyulun 22-dən etibarən ölkədə pandemik vəziyyətin qənaətbəxş olmadığı vilayətlərində restoran və kafelərin fəaliyyəti məhdudlaşdırılacaq.