“Milan”ın baş direktoruna xərçəng diaqnozu qoyulub

04:00 21-07-2021 401

İtaliyanın “Milan” futbol klubunun baş direktoru İvan Qazidisə boğaz xərçəngi diaqnozu qoyulub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Qazidis “Milan”ın prezidenti Paolo Skaroninin tam dəstəyi ilə müalicə zamanı komandadakı fəaliyyətini davam etdirəcək.

56 yaşlı baş direktorun sözlərinə görə, həkimlər onda xərçəngin müalicə oluna bilən formasını aşkar ediblər. Qazidis xəstəliyə qalib gələcəyinə əmin olduğunu bildirib.