İranda “su qiyamı”: Ölən və yaralananlar var

21:20 21-07-2021 303

İranın Xuzistan vilayətində su çatışmazlığıyla bağlı keçirilən etiraz aksiyası zamanı bir nəfər yerli sakin ölüb.

Bu barədə “Fars” agentliyi məlumat yayıb.

Məlumata əsasən, nümayiş zamanı kütlə içərisindən açılan atəş etirazçılardan birinə tuş gəlib. Yaralanan şəxs dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bununla yanaşı, aksiya zamanı 14 polis əməkdaşının da müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilib.