Emin Hacıyev və Qızıl Aypara Cəmiyyətindən vətəndaşlara bayram sovqatı - FOTO

11:40 22-07-2021 582

“Milli və mənəvi birliyimizi zəngin edən müqəddəs Qurban Bayramı günlərində seçicilərimizlə bir daha görüşdük, onlara Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin dəstəyi ilə bayram sovqatı payladıq”.

Bu sözləri Milli Məclisin deputatı Emin Hacıyev deyib:

“Bütün fəaliyyətimiz dövrü şəhid ailələrini və qazilərimizi diqqətdə saxlamağı özümüzə başlıca vəzifə bildik, aztəminatlı ailələrin çətinliklərinə etinadsız qalmadıq. Bu gün də onlarla bayramımızı birlikdə qeyd etdik.

Bu işdə əməyi keçmiş hər bir insana, başda Sumqayıt Qızıl Aypara Cəmiyyətinin sədri Mətanət Məhərrəmovaya, deputat köməkçisi Anar Mustafayevə və bütün könüllülərimizə dərin təşəkkürümü bildirirəm.

Allah xoş niyyətlə kəsilən bütün qurbanları qəbul etsin, elimizə-obamıza firavanlıq bəxş etsin, işğaldan azad edilmiş torpaqlarımıza tezliklə dönməmizi nəsib etsin!”