Putin Paşinyanla Qarabağı müzakirə etdi

20:20 22-07-2021 28

Rusiya prezidenti Vladimir Putin Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla telefonla danışıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub.

Söhbət zamanı iqtisadiyyat və ticarət, enerji və humanitar eləcə də digər sahələrdə Rusiya-Ermənistan əməkdaşlığının aktual məsələləri müzakirə olunub.

Həmçinin, Qarabağ ətrafında vəziyyət barədə də fikir mübadiləsi aparılıb. O cümlədən, bölgədə nəqliyyat və iqtisadi əlaqələrin bərpası məsələlərinə də toxunulub.

Telefon danışığı zamanı müxtəlif səviyyələrdə əlaqələrin davam etdirilməsi razılaşdırılıb.