“Taliban” Türkiyə ordusunu Əfqanıstana buraxmayacağını bəyan edib

23:00 22-07-2021 325

“Taliban” hərəkatı Türkiyə qoşunlarının Əfqanıstana daxil olmasına izn verməyəcəyini bəyan edib.

Bunu “RİA Novosti”yə açıqlmasında hərəkatın rəsmi nümayəndəsi Zəbiulla Mücahid bildirib.

“Biz artıq Türkiyənin mövqeyini rədd etmişik. ABŞ-ın Əfqanıstanı tərk etməsindən sonra heç bir xarici ölkə və ya qüvvəyə hər hansı bir bəhanə ilə ölkəmizdə qalmağa icazə verməyəcəyik. Biz Türkiyənin qərarının əleyhinəyik. Əgər hər hansı bir qərar danışıqlar prosesinə müsbət təsir edəcəksə və Əfqanıstandakı vəziyyəti yaxşılaşdıracaqsa, biz bunu alqışlayırıq. Lakin biz Əfqanıstanda qalmağa icazə verməyəcəyik”, - deyə Mücahid qeyd edib.