Lukaşenko səlahiyyətlərinin bir qismini hökumətə ötürüb

01:40 23-07-2021 545

Belarus prezidenti Aleksandr Lukaşenko səlahiyyətlərinin bir qisminin hökumət və yerli hakimiyət orqanlarına ötürülməsilə bağlı fərman imzalayıb.

Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, prezidentin hökumətə ötürdüyü səlahiyyətlərə dövlət əmlakının özəlləşdirilməsi və  prosesin gedişində ASC-lərin əlavə səhmlərinin emissiyasının razılaşdırılması kimi məsələlər aiddir.