Eriksenin oyunlarda iştirakı ilə bağlı açıqlama verilib

03:40 23-07-2021 444

İtaliya Futbol Federasiyası Elmi-Texniki Komitəsinin üzvü Françesko Brakonaro Danimarka millisi və “İnter” klubunun futbolçusu Kristian Eriksenin gələcək karyerası ilə bağlı açıqlama verib.

“Radio Kiss Kiss”in efirində çıxış edən Brakonaro bəyan edib ki, A Seriyasında Eriksenə ürəyindəki defibrilyatorla oynamağa icazə verilməyəcək.

O, qeyd edib ki, əgər bu aparat çıxarılarsa, o zaman heç bir problem olmayacaq.

Xatırladaq ki, AVRO-2020-nin Danimarka-Finlandiya oyununda huşunu itirən Eriksenin ürəyinə implant kardioverter-defibrilyator yerləşdirilib.