Tədris kursu 20 min manat cərimələnib

10:40 08-09-2021 24

“Dəniz Tədris Kursları” MMC tərəfindən Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozularaq qanunla nəzərdə tutulan qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi faktına dair Zaqatala Rayon Prokurorluğunda aparılmış yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb.

Bu barədə Zaqatala Rayon Prokurorluğu məlumat yayıb.

Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib və məhkəmənin 2 sentyabr 2021-ci il tarixli qərarı ilə “Dəniz Tədris Kursları” MMC -yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib.