ATU-nun klinikası yenidən koronavirusla mübarizəyə qoşulur

11:00 08-09-2021 450

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikası yalnız koronavirusa yoluxma şübhəsi olan xəstələri qəbul edəcək.

Məsələ barədə ATU ilə əlaqə saxladıq. 

Qurumun mətbuat xidmətinin rəhbəri Günel Aslanova məlumatı saytımıza təsdiq edib. 

G.Aslanova HerGun.Az-ın sorğusuna cavab olaraq bildirib ki, səhiyyə nazirinin birinci müavini Teymur Musayevin əmri ilə ATU-nun Tədris-Terapevtik Klinikası koronavirus infeksiyası təsdiq olunmayan, lakin yoluxma şübhəsi olan xəstələr üçün ayrılıb.

Qeyd edək ki, ölkə ərazisində koronavirusun geniş yayıldığı period ərzində tibb müəssisəsi fəaliyyətini məhz bu xəstəliklə mübarizə istiqamətində qurmuşdu. Belə ki, xəstəxanada yalnız COVID-19 xəstələrinin qəbulu və müalicəsi həyata keçirilirdi. 

Yoluxmanın azalması ilə ATU-nun Tədris-Terapevtik Klinikası normal fəaliyyətini bərpa etmişdi. 

İlhamə Əbülfət