Göyçayda qonşusunun evindən 20 000 manat oğurlayan şəxs saxlanıldı - FOTO

14:00 08-09-2021 513

Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə Göyçay rayonunun Potu kəndindəki evlərin birindən 20 000 manat pulun naməlum şəxs və yaxud şəxslər tərəfindən oğurlanması barədə müraciət daxil olub.

Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, cinayət əməlini törədən şəxsin zərərçəkmişin qonşusu, Potu kənd sakini Şəmil Əmrahov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılan şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib və oğurladığı pulları özünə məxsus bağ sahəsində ağacın dibində gizlətdiyini bildirib.

Pullar həmin yerdən götürülüb və maddi sübut kimi istintaqa təqdim olunub.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.