“Neftçi”dən yeni transferi ilə bağlı maraqlı paylaşım: Banişevski, Flavinyo, Ahmedov... - VİDEO

18:20 08-09-2021 643

“Neftçi” heyətinə hücumçu qatıb.

HerGun.Az xəbər verir ki, “ağ-qaralar” braziliyalı forvard Tyaqo Bezeranın keçidini həll edib.

Flaqman 34 yaşlı forvardın transferini xüsusi videoçarxla açıqlayıb. Onun Anatoli Banişevski, braziliyalı Flavinyo və bolqarıstanlı Ahmed Ahmedov kimi 9 nömrəli formanı geyinəcəyi vurğulanıb.

Qeyd edək ki, Tyaqo Bezera əvvəllər Belçikada “La Luvyer”, Türkiyədə “Altay”, “Karşıyaka”, “Adanaspor”, “Adana Dəmirspor”, ölkəsində KRB, Küveytdə “Əl-Ərəbi”, Səudiyyə Ərəbistanında “Əl-Kadisiya”, Özbəkistanda “Paxtakor”, Qətərdə “Əl-Xor” və “Əl-Sayliya” klublarının formasını geyinib.