Mixail Şumaxerin son vəziyyəti açıqlanıb

21:40 08-09-2021 663

2013-cü ilin dekabrın 29-da Fransada xizək sürərkən yıxılan və uzun müddət komada qalan əfsanəvi Formula 1 pilotu Mixail Şumaxerdən xəbər var.

Yeddiqat dünya çempionunun həyat yoldaşı Korinna Şumaxer Fransanın “Tele-Louisirs” televiziyasına onun son vəziyyəti barədə məlumat verib.

O, bildirib ki, ailədə hər kəs Mixail üçün darıxır.

“Müalicə davam edir. Onun vəziyyətini yaxşılaşdırmaq üçün əlimizdən gələni edirik. O, hər zaman bizi qorudu, indi də biz onu qoruyuruq”, -deyə Korinna bildirib.

Xanım Şumaxer baş verənlərə görə heç vaxt tanrını qınamadığını, hadisəni şanssızlıq kimi qiymətləndirdiyini də qeyd edib.

Mənbə: “Haber Global”