Azərbaycanda gələn ildən büdcə qaydasının tətbiqi nəzərdə tutulur

22:00 08-09-2021 609

2022-ci ilin 1 yanvar tarixindən etibarən büdcə qaydasının tətbiqi nəzərdə tutulur.

Bu barədə məlumat Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb.

“Bununla əlaqədar olaraq, mövcud çağırışlara uyğun təkmilləşdirilmiş büdcə qaydasının tətbiqi ilə bağlı müvafiq dəyişiklikləri nəzərdə tutan normativ hüquqi aktların layihəsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcək”, - sənəddə vurğulanıb.