Görüntüləri yayılan Ramiz Göyüşov danışdı: “Yarıçılpaq xanım zəng vuranda iclasdaydım”

22:20 08-09-2021 628

Haqqımda yayılan video şəxsimə qarşı edilən şantaj və qurmadır.

Bu sözləri  bu gün intim görüntüləri yayıldığı iddia edilən Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov bildirib.

“Bu gün bir xanım mənə görüntülü zəng etdi. Əvvəlcə iclasda olduğum üçün açmadım. Lakin dəfələrlə zəngi geri çevirsəm də, o, mənə təkrar zəng vurdu. Çox zəngdən sonra açdım. Əvvəlcə nə baş verdiyini başa düşmədim. Xanım yarıçılpaq formada idi. Ona irad bildirib, telefonu söndürdüm. Sonra o, yenə yığdı. Yayılan videodan da görünür ki, mən məsələni anlamıram. Çünki ilk dəfə idi belə bir halla qarşılaşdırdım. Yaşlı adamam, feysbuku da düz-əməlli işlədə bilmirəm. Telefonu köməkçimə verdim ki, o, həmin qadını bloka atsın. Köməkçim də onu blok elədi. Biraz sonra mənə Türkiyə nömrəsi ilə bu video göndərildi. Məni jantaj elədilər ki, əgər onlara pul verməsəm, görüntüləri yayacaqlar. Təbii ki, onların bu istəyini rədd elədim. Mən illərdir dövlətimə xidmət edən, maaşa işləyən adamam. Hardandır məndə pul? Partiya təşkilatımız şəhid və qazi ailələrinə yardimlar edir. Elə pulu tapıb onlara verənə qədər, hansıa şəhid ailəsinə yardım edərəm. Bu baxımdan, onlarla bir kəlimə belə danışmadan, yenə işçilərimizdən birinə xahiş etdim ki, onu blok eləsin.

İndi məndən qisas almaq üçün o videogörüntünü yayıblar. Amma bu, məni qəti narahat etmir - ailəmin də, dövlətimin də qarşısında alnım açıq, üzüm ağdır”, - deyə o bildirib.

Göyüşov bildirib ki, həmin şəxlərin məqsədi YAP-ın nüfuzuna kölgə salmaqdır:

“Hər şey ortadadır. Bu şəxslər mənim və partiyamızın nüfuzuna kölgə salmağa çalışır. İlk dəfə deyil ki, belə hallar yaşanır. Hesab edirəm ki, bu adamlar xaricdəki qüvvələr tərəfindən idarə edilir. Yoxsa, onlar məni, harada çalışdığımı hardan bilir? Təbii ki, bu, sifarişlidir. Məlum video yayılandan sonra bir çox yerlərdən zənglər gəlib. Hamı dəstəyini bildirir. Məni tanıyan şəxslər bilir ki, mən necə adamam”.

Qeyd edək ki, bundan əvvəl də Türkiyədə yaşayan müəyyən şəxslər Azərbaycanda nüfuzlu, tanınan şəxsləri eyni üsulla şantaj edib, pul almağa çalışıblar.

Mənbə: Azadinfo.az