Göygöl-Kəlbəcər avtomobil yolunda avtoqəza: Beş nəfər yaralanıb

23:40 08-09-2021 44

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. 

HerGun.Az xəbər verir ki, hadisə Göygöl-Kəlbəcər avtomobil yolunun Ömər aşırımı adlanan hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Niva” markalı minik maşını idarəetmədən çıxıb və dərəyə aşıb. Qəza zamanı 5 nəfər - 1975-ci il təvəllüdlü Qasımov Vüqar Şahid oğlu, 1983-cü il təvəllüdlü Məmmədov İlkin Rizvan oğlu, 1990-cı il təvəllüdlü Məmmədov Cəsur Surxay oğlu, 1985-ci il təvəllüdlü Səmədov Faiq Rasif oğlu və 1987-ci il təvəllüdlü Nağıyev Ruslan Vidadi oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəzaya düşənlərin şirkət işçiləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət