Çin XİN: “Taliban”ın yaratdığı yeni hökumətlə dialoqa hazırıq”

01:00 09-09-2021 516

Çin hökuməti Əfqanıstanda “Taliban”ın yaratdığı yeni hökumətlə dialoqa hazırdır.

Bunu Çin xarici işlər nazirliyinin sözçüsü Van Venbin deyib.

O qeyd edib ki, səlahiyyətlilər “Taliban” tərəfindən Əfqanıstanda qurulan hökumətin tolerant olacağını və terrorçulara qarşı mübarizə aparacağına ümid edirlər.

Çinli diplomat bildirib ki, Əfqanıstanda yeni nazirlər kabinetin qurulması bu ölkədə heç bir hökumətin olmadığı üç həftəlik dövrün sonunudur.

“Çin Əfqanıstanın suverenliyinə və müstəqilliyinə hörmət edir”, - deyə Venbin vurğulayıb.

O, həmçinin əlavə edib ki, Çin Əfqanıstandakı vəziyyətlə bağlı Rusiya və digər ölkələrlə əhəmiyyətli konsensus əldə edib.