Koronavirusla bağlı SON STATİSTİKA

09:20 09-09-2021 26

Dünyada 223 436 470 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə HerGun.Az-ın qeyd olunur.

Virusdan 4 610 315 xəstə ölüb, 199 951 934 nəfər sağalıb.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (41 397 587nəfər), Hindistan (33 139 981 nəfər), Braziliya (20 928 008 nəfər), Böyük Britaniya (7 094 592 nəfər) və Rusiyadır (7 065 904).

Türkiyədə  6 566 568 , İranda 5 210 978, Gürcüstanda 570 493, Ermənistanda isə 246 410 nəfərdə koronavirus aşkar edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (189 582 nəfər), İran (112 430 nəfər) və Türkiyədə (58 913 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 450 282 nəfərin 5 959-u ölüb, 393 569 xəstə sağalıb.