Azərbaycanda veteran futbolçu vəfat etdi - FOTO

12:20 09-09-2021 356

Azərbaycanın veteran futbolçusu Məmmədnağı Babayev vəfat edib.

HerGun.Az xəbər verir ki, bu barədə “Neftçi” klubu sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, M.Babayev 86 yaşında dünyasını dəyişib.

Klub sabiq oyunçunun vəfatından kədərləndiyini bildirib, mərhumun ailəsinə və Azərbaycan futbol ictimaiyyətinə başsağlığı verib.