Nazir rəis müavinini vəzifədən azad etdi

14:00 09-09-2021 29

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. 

HerGun.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Samur Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Cavid Məmmədov vəzifəsində azad olunub.

Nazirin digər əmri ilə o, Cəlilabad RPŞ-nin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilib.

İlhamə Əbülfət