Azərbaycanda vurulan “Pfizer” peyvəndi xaricdə tanınmır? - AÇIQLAMA

18:00 09-09-2021 349

Azərbaycan vətəndaşı ölkəmizdə koronavirus əleyhinə vurdurduğu “Pfizer” vaksinin xaricidə tanınmadığını iddia edib. 

Vətəndaş sosial şəbəkədə bildirib ki, vaksin pasportunu xaricdə qəbul etməyiblər, səbəb kimi isə vurulan “Pfizer” vaksininin seriya nömrələrinin eyni olması göstərilib.

Məsələ barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq.

Qurumdan HerGun.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasına COVID-19 xəstəliyi əleyhinə vaksinlər mərhələli şəkildə gətirilir:

“COVID-19 vaksin sertifikatı”nda qeyd olunan seriya nömrələri ölkəyə gətirilən vaksin partiyalarının nömrələrini bildirir. Vətəndaşa eyni partiyadan olan vaksin vurulduqda “COVID-19 vaksin sertifikatı”nda da birinci və ikinci dozaların seriya nömrələri eyni olur”. 

İlhamə Əbülfət