Xalq artisti Mobil Əhmədovun 90 illiyi münasibətilə film-konsert hazırlanıb

22:00 09-09-2021 589

Xalq artisti Mobil Əhmədovun xatirəsinə “Ustadımın yolu ilə” adlı film-konsert hazırlanıb.

HerGun.Az xəbər verir ki, film xalq artistinin anadan olmasının 90 illiyi münasibətilə tələbəsi Əməkdar artist Ramil Qasımovun ideyası əsasında təşkil olunub.

Qeyd edək ki, Mobil Əhmədov 1931-ci il sentyabrın 10-da Gəncə şəhərində anadan olub. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub. Bir il sonra Azərbaycan Dövlət Konservatoriyasına qəbul olub və görkəmli vokal ustası Bülbülün sinfində təhsil almağa başlayıb. Azərbaycan Dövlət Musiqili Teatrına dəvət olunub və burada işlədiyi təqribən 40 il ərzində 70-dən çox tamaşada müvəffəqiyyətlə çıxış edib.