Ailələr arasında düşmənçilik qanla bitdi: Bir nəfər öldürüldü, dördü yaralandı - VİDEO

05:00 10-09-2021 417

Türkiyənin Adana şəhərində ailələr arasındakı münaqişə ağır cinayətlə bitib.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, hadisə ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Belə ki, bir ailənin dörd üzvü maskalı halda, motosikletlərlə düşmənçilik etdikləri ailənin evinə basqın ediblər.

Evə daxil olan maskalı və silahlı şəxslər bir kişini qətlə yetirib, biri qadın olmaqla daha üç kişini yaralayıblar.

Cinayəti törədən şəxslər dərhal motosikletə minərək ərazidən uzaqlaşıblar. İnsidentin digər təfərrüatı barədə məlumat verilmir.