Bu gün YAP Ramiz Göyüşovla bağlı qərar verəcək

09:20 10-09-2021 474

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçiriləcək.

HerGun.Az-ın məlumatına əsasən, iclasda YAP Binəqədi Rayon Təşkilatının sədr əvəzi Ramiz Göyüşovun partiya sıralarından xaric edilməsi ilə bağlı qərar veriləcəyi gözlənilir.

YAP-ın rayon təşkilatlarına yeni sədr təyinatları da iclasın gündəliyinə salınıb.

Qeyd edək ki, Ramiz Göyüşov intim görüntülərlə gündəmə gəlib.