Antalyada ildırım meşə yanğınına səbəb oldu

21:40 10-09-2021 28

Türkiyənin kurort bölgəsi Antalyada yenidən meşə yanğınları başlayıb.

Bu dəfə yanğına əraziyə düşən ildırım səbəb olub.

Hazırda Manavqat rayonundakı yanğının lokallaşdırılması üçün 2 helikopter, eləcə də çox sayda texnika ilə qurudan və havadan müdaxilə davam edir.

Qeyd edək ki, gün ərzində Manavqatda güclü yağışlar yağıb.

Mənbə: “İxlas”