Hərbi çevrilişin baş verdiyi Qvineya beynəlxalq aləmdən təcrid olunur - FOTO

00:00 11-09-2021 439

Afrika İttifaqı ölkədə baş verən hərbi çevriliş səbəbindən Qvineyanın təşkilatdakı üzvlüyünü dayandırıb.

Qurumdan verilən məlumata görə, Qvineya İttifaq daxilindəki bütün rəhbər strukturlardakı fəaliyyətlərdən kənarlaşdırılıb.

Qeyd edək ki, sentyabrın 5-də ölkədə polkovnik Mamadi Dumbuyanın rəhbərliyilə hərbi çevriliş baş verib. Qvineya hökuməti və parlamenti buraxılıb, komendant saatı elan edilib.