Sumqayıtda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb – FOTO
01:40 11-09-2021 353
Sumqayıtda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Qəza şəhərin Sülh prospektindəki yol ayrıcında qeydə alınıb.
50-DR-023 dövlət nömrə nişanlı “Kia” markalı avtomobilin qadın sürücüsü yol hərəkəti qaydalarını pozaraq avtomobili əks istiqamətdən gələn 50-DT-338 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilə çırpıb. Zərbənin gücündən nəqliyyat vasitəsi yoldan çıxaraq daş plitəyə dəyib. Nəticədə “Kia”nın sürücüsü və “Opel” markalı avtomobildə olan 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: APA.az