Koronavirusun qurbanı olmuş vəzifəli şəxsin anası da öldü

11:00 11-09-2021 364

Koronavirusun qurbanı olan rəis müavininin anası da vəfat edib.

HerGun.Az-ın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin rəis müavini, mayor Vüsal Mirzəyevin anası Xuraman Xəlilova ötən gecə dünyasını dəyişib.

Qeyd edək ki, bir neçə gün əvvəl V. Mirzəyev və atası Cərulla Mirzəyev koronavirusdan vəfat etmişdi.

İlhamə Əbülfət