İşğaldan azad edilmiş ərazilərə qanunsuz keçməyə cəhd edənlər saxlanıldı

14:00 11-09-2021 321

Sentyabrın 9-da Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən şəxsləri saxlayıb.

Bu barədə HerGun.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, işğaldan azad edilən ərazilərə qanunsuz keçmək istəyən Natiq Hümbətov, Marif, Aftandil və Anar İsmayılov Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Onlar polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq ediliblər.

Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. 

Daxili işlər orqanlarının əməkdaşları işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.