Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

16:40 11-09-2021 350

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb.

Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı HerGun.Az-ın sorğusuna cavab olaraq bilidirib ki, işğaldan azad edilmiş bütün şəhər və rayonlarımızın ərazisində olduğu kimi Qubadlı rayonunun inzibati ərazisində də daxili işlər orqanlarının əməkdaşları öz xidməti vəzifələrini layiqincə yerinə yetirirlər:

“Xidmətin daha səmərəli təşkili üçün məqsədəmüvafiq bilinən yerlərdə polis postları təyin olunur”.

İlhamə Əbülfət