Zeynal Mammadlinin çəkdiyi fotolar Türkiyə mediasında

17:40 11-09-2021 27

“Mənim Atam Qəhrəmandır” layihəsinin fotoqrafı Zeynal Mammadlinin çəkdiyi fotolardan bir neçəsi artıq Türkiyə mediasında sevilərək paylaşılır.

Ən çox sevilənlərdən biri isə öz atasının fotosu qırışmasın deyə bütün tədbir boyu dik oturan şəhid övladının görüntüsüdür. Həmin anlar Zeynalın gözündən yayınmayıb və fotoqraf bu görüntünü lentə alaraq ölümsüzləşdirib. Növbəti gün isə Türkiyə mediasında artıq bu foto sevilərək paylaşılıb. Həmin tədbirdən çəkilmiş daha bir neçə təsirli fotoları da görə bilərsiniz.

General-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın da təsirli fotosu bir çox xəbər saytlarında paylaşılıb.

Qeyd edək ki, “Mənim Atam Qəhrəmandır” layihəsi Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin dəstəyi ilə və Mircəlal Qurbanovun rəhbərliyi ilə artıq 6-cı dəfə keçirilir.