“Zirə” çempionatda ilk qələbəsini qazandı

23:00 11-09-2021 30

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

HerGun.Az xəbər verir ki, “Keşlə” “ASK Arena”da “Zirə” ilə qarşılaşıb.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qolu gürcüstanlı legioner Davit Volkov vurub (64 və 72 dəq). 

Oyunun 28-ci dəqiqəsində meydan sahibləri azlıqda qalıblar: Anatole Abanq kobud hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Yeni mövsümdə ilk qələbəsini qazanan “Zirə” xallarının sayını 4-ə çatdıraraq, 5-ci pilləyə yüksəlib.