Kanada təbii fəlakət qarşısında: Qasırğa ciddi fəsadlar törədib - VİDEO

23:40 11-09-2021 446

Kanadanın Nyufaundlend adasının şərq sahillərində “Larry” qasırğası səbəbindən təxminən 60 min insan elektrik enerjisindən məhrum olub.

Kanada Milli Hava Bürosunun məlumatına görə, küləyin sürəti 50,5 metr saniyəyə çatır.

Külək yüzlərlə ağacı, yol nişanını və reklam lövhələrini uçurub.

Qeyd olunur ki, hazırda yolların bir hissəsi daşqın səbəbindən tamamilə bağlanıb.

İnsan tələfatı barədə məlumat verilmir.