Türkiyədə koronavirusa bir gündə 23 minə yaxın insan yoluxub

00:40 12-09-2021 34

Türkiyədə son 24 saat ərzində 314 046 nəfərin COVID-19 testi yoxlanılıb.

Ölkədə günlük yoluxma sayı 22 923 nəfər təşkil edib.

Son sutka ərzində 259 nəfər koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, Türkiyədə ölümcül virusdan sağalanların sutkalıq sayının 30 144 nəfərə çatdığı bildirilib.

Mənbə: “Haber Global”