Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

04:20 12-09-2021 376

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var.

Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir.

ABŞ-dan olan tədqiqatçılar işçilərin uzun müddət havalandırılmayan otaqlarda işlədikləri zaman onların yorğunluq dərəcəsinin artdığını təsbit ediblər.

Üstəlik, ofis daxilində olan havasızlıq koqnitiv pozulmalara (yaddaşın zəifləməsi, zehni problemlər) və diqqət əksikliyinə gətirib çıxarır.

Alimlər israrla qeyd edirlər ki, iş yerində işçilərin əhval-ruhiyyəsini və zehni qabiliyyətlərini yaxşılaşdırmaq üçün ofislər mütəmadi olaraq havalandırılmalıdır.

Mütəxəssislər həmçinin əlavə edib ki, binalarda olan hava filtrasiya sistemləri təkmilləşdirilməli və ofislərdə yüksək keyfiyyətli hava təmizləyici qurğular olmalıdır.

Mənbə: “Ridus”