Britaniyada “Taliban” casusu saxlanılıb

06:00 12-09-2021 458

Britaniya polisi Əfqanıstandan təxliyə edilən şəxsi saxlayaraq, onun “Taliban” casusu olduqlarını bildiriblər.

Məlumata görə, şübhəli şəxs britaniyalı hərbçilərlə birlikdə Kabildə xüsusi təyinatlılarda xidmət edib. “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra, 33 yaşlı kişi ailəsi ilə birlikdə Böyük Britaniyaya aparılıb.

Tezliklə polis onu Mançesterdə ailəsi ilə birlikdə karantində gözlədiyi “Park Inn” hotelindən çıxarıb. Terrorda şübhəli bilinən əfqanıstanlı həbs olunub və Londonun “Belmarsh” həbsxanasında saxlanılır.

Qəzetin yazdığına görə, silahlı qruplaşmalara qarşı elit bölmədə xidmət edən Əfqanıstan kəşfiyyat zabiti terrorçularla əlaqəli olub və “Taliban” üçün casusluq edib.

Polis həmin şəxsin kompüterini, mobil telefonlarını, SIM-kartlarını, pullarını və pasportunu əlindən alıb. Faktla bağlı araşdırma aparılır.

Mənbə: “Daily Mail”