“Taliban”ın qadağalarını dəstəkləyən Əfqan qadınlar universitetdə aksiya keçirib - FOTO

08:20 12-09-2021 331

Bu gün Əfqanıstanın paytaxtında bir qrup tələbə Kabil Pedaqoji Universitetində aksiya keçirərək “Taliban”ın ölkədəki təhsil müəssislərində oğlan və qızların ayrı oturmasını və hicabın vacib elan edilməsinə dəstək nümayiş etdiriblər.

Universitetdə keçirilən tədbirdə çıxış edən tələbələr ölkələrində son günlər qadın hüquqları tələbi ilə keçirilən aksiyaları Qərbin və həmin xanımların öz ciblərinin marağına xidmət etdiyini bəyan ediblər.

“Taliban”ın qadağalarını dəstəkləyən qadınlar həmçinin hesab edir ki, İslam dəyərlərinə qarşı nümayiş keçirən onların həmcinsləri Əfqanıstanın müsəlman qadınlarının iradəsini təmsil etmir.

Mənbə: “Sputnik” Əfqanıstan