Britaniya kəşfiyyatı yeni “11 sentyabr” barədə xəbərdarlıq edib

16:20 12-09-2021 356

ABŞ qoşunlarının Əfqanıstandan çıxması 2001-ci ildəki 11 sentyabr terrorunun təkrarlanması riskini artırır.

Bunu Britaniya əkskəşfiyyatının rəhbəri Ken Makkallum bəyan edib.

MI5 xidmətinin rəhbəri Vaşınqtonun bu qərarının islam ekstremistlərini ruhlandırdığını bildirib.

Onun sözlərinə görə, söhbət yalnız mənəvi ruh yüksəkliyinin artmasından getmir. Belə ki, ABŞ-ın Əfqanıstanı tərk etməsindən sonra terror qruplaşmaları yenidən bölgədə toplaşa və daha dəhşətli planlar hazırlaya bilərlər.

Mənbə: “The Times”