Futbol matçı zamanı tribunadan yıxılan pişik xilas edildi - VİDEO

16:40 12-09-2021 19

ABŞ-da Mayami və Appalaçi universitet komandaları arasındakı futbol matçı zamanı maraqlı insident yaşanıb.

Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Tribunaların yuxarı yarusunda gəzişən pişik sürüşərək caynaqlarıyla kəndirdən yapışıb. Bir müddət asılı vəziyyətdə qalan ev heyvanı son nəticədə aşağıdakı tribunaya yıxılıb. Azarkeşlər bunu görcək, öncədən onun düşəcəyi yerə ABŞ bayrağı səriblər. Parçanın üzərinə düşən pişik sağ-salamat qurtulub.