Belarus Rusiyadan milyard dollarlıq silah alacaq

17:20 12-09-2021 317

Belarus Rusiyadan ümumi dəyəri 1 milyard dollardan artıq olan silah-sursat almağı planlaşdırır.

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.

O, həmçinin S-400 komplekslərinin alınması perspektivlərinin müzakirə olunduğunu bildirib.

Dövlət başçısının sözlərinə görə, hazırda S-300 sistemləri ölkənin Qərb istiqamətini tam olaraq qoruyur. Lakin artıq Cənub istiqamətindən də təhdidlər meydana çıxıb.

Mənbə: “BelTA”