Bakıda yaşayış binasında sakinlərə yaranmış təhlükə aradan qaldırılıb

18:00 12-09-2021 21

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının çöl divarına bərkidilən kondisionerin mühərrikinin yerindən qoparaq asılı vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində yaranmış təhlükə aradan qaldırılıb.