F1 İtaliya Qran-prisi: Ferstappen və Hemilton yenə toqquşdu, Rikyardo qalib oldu

19:40 12-09-2021 380

“Maklaren”in pilotu Daniel Rikyardo Formula 1 üzrə İtaliya Qran-prisinin qalibi olub.

Çempionatın 14-cü mərhələsi lider Ferstappenin ikinci yerdə qərarlaşmış Hemiltonla toqquşaraq yarışı dayandırmaları ilə yadda qalıb.

Finişə ikinci çatan qalibin komanda yoldaşı Lando Norris olub. “Red Bull” pilotu Serxio Peres isə üçüncü yeri tutub.

Qeyd edək ki, Formula 1-in növbəti mərhələsi sentyabrın 24-26-da Rusiyada keçiriləcək.

Mənbə: Sports.ru