Riqanın mərkəzindəki hərbi təlimlər sakinləri qorxutdu – VİDEO

01:00 13-09-2021 377

Latviya paytaxtında keçirilən hərbi təlimlər şəhər sakinlərini əmlli-başlı qorxuya salıb.

Yayılan videogörüntülərdə insanların güllə sədaları altında çığıraraq ətrafa dağılması əks olunub.

Təlimlər çərçivəsində hərbçilər boş güllələrdən atəş açıb, səkilər boyu sürünüblər.

Qeyd edək ki, ölkənin Müdafiə Nazirliyi “Nameys 2021” təlimləri barədə əhalini öncədən xəbərdarlıq edib. Buna baxmayaraq, qurum baş verənlərdən sonra anlaşılmazlıq səbəbindən üzr istəyib.