İspaniyada meşə yanğınları davam edir

01:40 13-09-2021 365

Sentyabrın 8-dən etibarən İspaniyanın Əndəlus və Malaqa bölglərində baş verən meşə yanğınları səbəbindən indiyədək 6 min hektarlıq ərazi külə dönüb.

Adı çəkilən bölgələrdə təbii fəlakətdən qorunmaq məqsədilə 1600-dən çox sakin evini tərk etməyə məcbur qalıb.

Hazırda 41 təyyarə, 25 digər texnika və 360 nəfər şəxsi heyətlə yanğına qarşı mübarizə davam edir.

Mənbə: “Anadolu”