ABŞ-da 11 sentyabrla bağlı ilk gizli sənəd dərc olunub

03:00 13-09-2021 352

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FBI) 11 sentyabr terror aktlarıyla bağlı ilk gizli sənədi açıqlayıb.

Büronun saytında dərc olunan material ölkə prezidenti Co Baydenin müvafiq sərəncamı ilə işıq üzü görüb.

Sənəd büro əməkdaşlarının Los-Ancelesdəki Səudiyyə Ərəbistanı konsulluğunun nümayəndələrilə söhbətinin yekunları əsasında tərtib edilib. Söhbət 2015-ci ildə aparılsa da, yekun sənəd 2016-cı ildə hazırlanıb.

Danışıqlar zamanı ABŞ tərəfi təyyarələri qaçıran terrorçulara logistik dəstək verənləri üzə çıxarmağa çalışıblar.

Mənbə: “RİA Novosti”